KepezTV Player
Xarici işlər naziri Ceyhun Bayramovun Bolqarıstanın xarici işlər naziri Mariya Qabriel ilə telefon danışığı baş tutub. Azərbaycanla Bolqarıstan arasında ikitərəfli münasibətlərin, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib, əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə olunub. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunması, habelə enerji təchizatının şaxələndirilməsində rolu və əhəmiyyəti qeyd olunub.
- Baxış: 82