"Yanvarın 12-də Pençe-Kilit antiterror əməliyyatı bölgəsində terror təşkilatı üzvlərinin xaincəsinə hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması barədə xəbər məni hədsiz kədərləndirdi. Terrorun bütün növ təzahürlərini qətiyyətlə qınayırıq. Bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə milli müdafiə naziri Yaşar Gülerə başsağlığı məktubunda qeyd edib. "Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və dəstəkləyirik. Şəhid olmuş qəhrəman türk əsgərlərinə rəhmət diləyir, yaralılara şəfa diləyirik", - deyə Zakir Həsənov qeyd edib.
Türkiyə ordusunun doqquz əsgəri şəhid olub
İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı şəhid olan hərbçilərin sayı 9 nəfərə çatıb. 4 hərbi qulluqçu xəstəxanadadır. Türkiyənin Milli Müdafiə Nazirliyindən vurğulanıb ki, Türkiyə ordusu terrorçuların sığınacaq, daldalanacaq kimi istifadə etdikləri 29 mövqeyinə, mağaralara zərbələr endirib. Xeyli sayda terrorçu zərərsizləşdirilib.
- Baxış: 118