• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1168
— 11.01.2024 15:53

GUAM Parlament Assambleyasına sədrlik Ukraynadan Azərbaycana keçib

KepezTV Player

GUAM Parlament Assambleyasının komitələrinin 6-cı birgə iclası, Bürosunun 18-ci iclası və qurumun 16-cı sessiyası videokonfrans formatında keçirilib. Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi qələbə, 2023-cü il 19-20 sentyabr tarixlərində həyata keçirdiyi uğurlu lokal antiterror tədbirləri barədə danışıb, hazırda ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyini, azad edilmiş ərazilərdə intensiv quruculuq işlərinin aparıldığını diqqətə çatdırıb. Sessiyada GUAM Parlament Assambleyasına sədrlik Ukraynadan Azərbaycana keçib.