• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1170
— 11.01.2024 12:59

Ağır qəzada ölən və xəsarət alanlar var

KepezTV Player

Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində - Şəhər şossesində “VAZ 2107” markalı avtomobil “KamAZ” markalı yük avtomobilinə çırpılıb. Nəticədə avtomobildə olan sərnişinlərdən 55 yaşlı qadın hadisə yerində ölüb. Daha 3 nəfər isə ağır xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı cinayət işi açılıb.