• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1964
— 11.01.2024 11:56

3 nəfər oğurluqla bağlı saxlanılıb

KepezTV Player

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları  oğurluq hadisəsi törətməkdə şübhəli bilinən rayonun Quxur-oba kənd sakin Nurmət Əskərovu saxlayıblar. Şəxsin rayon ərazisində olan meyvə bağından ümumi dəyəri 30 000 manat olan su borularını oğurlaması müəyyən edilib.

Polis əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı rayon sakinləri Edik Vəzirov və Ayaz Zərbəliyev saxlanılıblar. Həmin şəxslərin bağ massivindən ümumi dəyəri 1800 manatdan çox olan 1 ədəd işıq generatoru və 1 ədəd 2 ton tutumlu plastik su çəni götürdükləri müəyyən edilib.

Faktlarla bağlı cinayət işi başlanılıb.