"Yelisey Sarayının sifarişi ilə Fransanın Evian-Le Ba şəhərində Xurşidbanu Natəvanın heykəlinə qarşı nümayiş etdirilən rəftarı qəbuledilməz sayırıq, abidənin üzərinin bağlanmasını Azərbaycan mədəniyyətinin təhqir edilməsi kimi dəyərləndiririk". Bu fikirlər Azərbaycanın ədəbiyyat və mədəniyyət xadimlərinin Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı aşağılayıcı münasibəti pisləyən bəyanatda vurğulanıb. Bildirilib ki, Fransa hakimiyyəti siyasi hikkəsini Natəvanın heykəlindən çıxmaqla, hansı səviyyəyə endiyinin fərqinə varmalıdır. Bu, Fransanın siyasi tarixinə qara ləkə kimi düşəcək. "Fransa hakimiyyətini Natəvanın heykəli ilə əlaqədar rüsvayçılığı aradan qaldırmağa, həmin parkda yerləşdirilmiş lövhədə silinmiş “Azərbaycan Bağı” sözlərini yerinə qaytarmağa çağırırıq"-deyə bəyantda vurğulanıb.
- Baxış: 78