• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2570
— 10.01.2024 16:55

Silahlılar saxlanılıblar

KepezTV Player

Gəncə Şəhər Baş Polis İdarəsi qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir. Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş 30 yaşlı Nicat Cəlilov yaşadığı evin yaxınlığında saxlanılıb. Polis şöbəsinə gətirilən Nicat Cəlilovun üzərində şəxsi axtarış zamanı nömrəsi silinmiş İJ markalı tapança, həmin tapançaya aid sandıqça və 4 ədəd patron aşkarlanıb.

Daha bir keçmiş məhkum da üzərində silahla aşkarlanıb. Polis əməkdaşları qanunsuz silah gəzdirməkdə şübhəli bilinən İqbal Əliisgəndərovu Gəncənin İsmət Qayıbov küçəsində saxlayıblar. Polis bölməsinə gətirilən saxlanılan şəxsin üzərində axtarış zamanı nömrəsi silinmiş “Baykal” markalı tapança, həmin tapançaya aid sandlqça və 5 ədəd patron aşkarlanıb.