Lənkəranda da ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Vilvan kəndi ərazisində qeydə alınıb. 1968-ci il təvəllüdlü Natiq İltifat oğlu Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı ağaclara və elektrik dirəklərinə çırpılıb. Sürücü ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, yolda ölüb.
- Baxış: 83