• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1983
— 09.01.2024 15:24

Bakıda ata həbsdə olan oğluna mürəbbənin içində narkotik keçirməyə cəhd göstərib

KepezTV Player

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb. Həbs edilmiş şəxs Mehman Şöhrət oğlu Səmədova atası Şöhrət Balaəsgər oğlu Səmədov tərəfindən gətirilmiş sovqatdakı əncir mürəbbəsinin içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,710 qram heroin və 0,147 qram metamfetamin aşkar olunub. Faktla bağlı araşdırma aparılır.