KepezTV Player
Azərbaycanda tarixən müxtəlif dinlərə mənsub şəxslər sülh və mehribanlıq şəraitində yaşayıb. Konstitusiyanın 25-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Bunu Ombudsman Səbinə Əliyeva qeyd edib. "Azərbaycan dünyada dini baxımdan ən tolerant dövlətlər siyahısında yer alan, multikulturalizm və dinlərarası dialoqun nümunəvi modelinin formalaşdığı dövlətlərdəndir. ABŞ Dövlət Departamenti tərəfindən hazırlanmış illik hesabatda Azərbaycanın adının dini etiqad azadlığının pozulduğu ölkələr sırasında qeyd edilməsini qərəzli hesab edirik. Bu cür əsassız hesabat və bəyanatların yayımlanması qəbuledilməzdir", - deyə Ombudsman vurğulayıb.
- Baxış: 103