• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1606
— 08.01.2024 20:03

Evdə yanğın olub, 92 yaşlı qadın xəsarət alıb

KepezTV Player

Şəki şəhəri 20 Yanvar küçəsində, 92 yaşlı Nəzihə İbrahimovaya məxsus, ümumi sahəsi 120 kv/m olan birmərtəbəli 3 otaq və aynəbənddən ibarət fərdi yaşayış evində yanğın baş verib. Əraziyə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları, mətbəxin 15 kv/m-lik sahəsinin və aynəbəndin tavanının 3 kv/m-lik sahəsinin yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Qonşuların köməyi ilə ev sahibi evdən çıxarılarkən ayaq nahiyəsindən yanıq xəsarəti alıb.