• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1012
— 08.01.2024 12:15

Aygün Bəylərlə vida mərasimi keçirilir

KepezTV Player

Bakıda Səttar Bəhlulzadə adına Mədəniyyət Evində Azərbaycanın Əməkdar artisti Aygün Bəylərlə vida mərasimi keçirilir. Mərasimdə mərhumun ailə üzvləri, Mədəniyyət Nazirliyinin rəsmiləri, sənət adamları iştirak edirlər. 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Əməkdar artist Aygün Bəylərin vida mərasiminə əklil göndərib. 

Əməkdar artist Suraxanı kənd qəbiristanlığında dəfn olunacaq. O, uzun müddətdir onkoloji xəstəlikdən müalicə olunurdu. Aygün Bəylər yanvarın 7-də Türkiyədə xəstəxanada vəfat edib.