KepezTV Player
Artıq azad edilən ərazilərdə məntəqə seçki komissiyaları yaradılıb. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov açıqlamasında deyib. MSK sədri bildirib ki, ilk məntəqələr lazımi ləvəzimatlarla təchiz edilib.
Yeri gəlmişkən, bu gün prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi müddəti başa çatır. Sənədlərin MSK-ya təqdim edilməsinə 2023-cü il dekabrın 19-dan başlanılıb. Bu müddət saat 18:00-dək davam edəcək. Bugünədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqlənib. Məzahir Pənahov deyib ki, 17 nəfərdən 7-i namizədliklərinin qeydə alınması üçün imza vərəqləri və digər tələb olunan sənədləri artıq MSK-ya təqdim edib.
- Baxış: 80