• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1613
— 07.01.2024 19:25

Güclü ordu, güclü dövlət deməkdir

KepezTV Player

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Gələn il həm dövlət, həm də özəl sektor tərəfindən hərbi təyinatlı məhsulların istehsalına ən azı 1 milyard manat sərmayə qoyulacaqdır. Beləliklə, biz nəinki özümüzü əsas vasitələrlə təmin edəcəyik, Azərbaycan dünya miqyasında cox ciddi ölkəyə çeviriləcəkdir. Bizim hərbi təyinatlı məhsulların həcmi və sayı böyük dərəcədə artacaqdır”.

Bu gün Azərbaycan regionda lider ölkə və diqtə edən tərəfdir. Bu səbəbdən ordunun gücünün artırılması daha da intensivləşdiriləcək. Bölgədə sülhün təmin edilməsi və sabitliyin qorunması böyük dərəcədə ordunun imkanlarına bağlıdır. Peşəkarlığın artırılması, yeni silahlı birləşmələrin yaradılması, yerli hərbi təyinatlı istehsal bunu şərtləndirir. 

Şair Ramaldanov- hərbi ekspert: “Ermənistanda hələ də revanş haqqında düşünülməsi və bu fikirlərin səsləndirilməsi, regionda gedən proseslər bir daha onu göstərir ki, Azərbaycanın güclü ordusu olmalıdır. Ola biləcək bütün təzyiqlərə və yaxud təxribatlara hər zaman cavab verəcək durumda olmalıdır”.

Planlı və ardıcıl şəkildə görülən işlər Azərbaycan ordusunu dünyanın ən güclü orduları sıralarına yüksəldib. Şübhəsiz ki, güclü ordu ölkənin süverenliyinin və ərazi bütövlüyünün qarantıdır.

Şair Ramaldanov- hərbi ekspert: “Azərbaycan ordusunun gücləndirilməsi heç də işğal niyyəti daşımır. Bunu da dövlət başçısı söyləmişdi. Azərbaycanın ordusu məhz bu regionda sabitliyi qorumaq üçün Azərbaycanın sərhədlərinin toxunulmazlığını təmin etmək üçün gücləndirilən bir ordudur”.

Vətən müharibəsindən sonra keçirilən hərbi paradlarda nümayiş olunan texnikalar, silah və sursatlar bir daha hər gücün göstəricisi idi. Bu həm də ölkəmizə qarşı mənfur düşüncələri olanlara ciddi mesajdır.  

Elnur Vahidoğlu