• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1231
— 05.01.2024 19:47

Qərbi Azərbaycan İcması bəyanat yayıb

ABŞ dövlət katibi Antoni Blinken təkəbbürlə Azərbaycanı din azadlığı ilə bağlı hansısa qondarma siyahıya daxil edib. Əvvəla, heç kim ABŞ-a dünya ölkələrində din azadlığına dair ağlına gələn hesabatlar, siyahılar hazırlamaq səlahiyyəti verməyib və Birləşmiş Ştatların belə bir praktikadan istifadə etməsi yalançı “amerikan müstəsnalığı”nın təzahürüdür. Bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında əksini tapıb. Ermənistanın Azərbaycan xalqının mədəni irsini, məscidlərini, qəbiristanlıqlarını dağıtmasına, təhqir etməsinə göz yumanların riyakarlığının, dini və etnik təəssübkeşlik əsasında, səlibçi mentaliteti ilə hərəkət etmələrinin ikrah hissi doğurduğu bildirilib.