• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1891
— 05.01.2024 19:17

Laçında həlak olan hərbçilər dəfn olunub

KepezTV Player

Laçın rayonunda hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində həlak olan digər hərbi qulluqçu Axundov Səxavət Fərasət oğlu Xaçmazda dəfn edilib. Səxavət Axundov doğulub boya-başa çatdığı Sayad kəndində son mənzilə yola salınıb. Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər. Kənd qəbiristanlığında torpağa tapşırılan hərbçinin məzarı üstünə əklil və gül dəstələri qoyulub. Tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan Bayrağı Səxavət Axundov atasına təqdim edilib.