• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2072
— 30.12.2023 17:11

Lokal xarakterli antiterror tədbirləri

KepezTV Player

2023-cü il 19-20 sentyabrında ermənilərin təxribatlarının qarşısının alınması məqsədilə Qarabağ iqtisadi rayonunda xüsusi əməliyyat keçirildi. Ermənistan silahlı qüvvələrinin birləşmələri tərk-silah edildi və ərazimizdən çıxarıldı, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyi təmin olundu və Azərbaycanın Konstitusiya quruluşunun bərpası təmin edildi. 23 saatdan bir qədər çox davam edən tədbirlərin nəticəsi olaraq düşmən ağ bayraq qaldıraraq təslim oldu. Xankəndi, Xocavənd, Xocalı, Ağdərə və Əsgəranda Azərbaycan bayrağı qaldırdı.
Davam edən Rusiya-Ukrayna savaşı
İki ilə yaxındır davam edən müharibədə nə Rusiya, nə də Ukrayna cəbhə xəttində mümkün üstünlük əldə edə bilmir. Tərəflər təşəbbüsü ələ keçirmək üçün manevrlər edir, amma nəzərəçarpacaq dəyişiklik müşahidə olunmur. Ukraynada müharibə başlayandan Azərbaycan bu ölkəyə generatorlar, transformatorlar, tibbi ləvazimatlar və dərmanlardan ibarət humanitar yardımlar göndərib.
Rusiyada “Vaqner üsyan"ı
Rusiyada “Vaqner”çilərin üsyanı 2023-cü ilin gözlənilməz hadisələrindən biri oldu. Rusiyanın ən böyük özəl hərbi şirkətinin Rusiya Müdafiə Nazirliyinə qarşı çıxması “Ədalət yürüşü” adlandırılan üsyanının nazir Sergey Şoyqunu məsuliyyətə cəlb edilməsi məqsədi daşıyırdı. Moskvaya qədər davam etməli olan üsyan və yürüş Belarus Prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə dayandı. “Vaqner”in rəhbəri Yevgeni Priqojin isə təyyarə qəzasında həlak oldu.
HƏMAS-İsrail qarşıdurması
Yaxın Şərq yenidən qanlı münaqişəyə meydandır. HƏMAS-ın Qəzza zolağında sərhədi keçərək İsrailə daxil olması “Dəmir qılınclar” əməliyyatının başladılmasına əsas yaratdı. Hərbi qarşıdurma böyük itkilərlə müşayiət olunur və dünya ictimaiyyətində İsrail tərəfdarları və Fələstini dəstəkləyənlərdən ibarət iki düşərgə yaratdı.
Keçmişi də indisi kimi “banlayan” Fransa
İl Afrika ölkələri və Fransanın dənizaşırı ərazilərində anti-müstəmləkəçilik əhval-ruhiyyəsini artırdı. Niger və Qabon Parisdən asılılığı aradan qaldırmaq üçün milli mübarizəya başladı. Eləcə də bir sıra dənizaşırı ərazilərdə yaşayan xalqlar müstəqillik əldə etmək arzusunu ortaya qoydular. Fransa neokolonializminə qarşı başlanan hərəkat müstəqillik tələbləri ilə müşayiət olunur.
Kraliça öldü, yaşasın Kral!
Böyük Britaniyada III Çarlzın tacqoyma mərasimi keçirildi. Kraliça II Elizabetin 96 yaşında vəfatından sonra onun oğlu olan Uels şahzadəsi 73 yaşında Britaniya taxtına çıxdı.

Canlar aldı və yandırdı zəlzələlər
Dağıdıcı zəlzələlərlə yadda qalır 2023. Türkiyədə 8 bala yaxın baş verən yeraltı təkanlar 50 mindən çox həyatın sonu oldu. Mərakeş və Əfqanıstanda da dağıdıcı zəlzələlər baş verdi. Mərakeşdə 2 mindən çox insan öldü. Əfqanıstanda da təbii fəlakətdən ölənlərin sayı 2 mini ötdü.

2024-cü ildən gözləntilər
Başa çatmaqda olan il qlobal miqyaslı hadisələrlə zəngin oldu - müharibələr, fəlakətlər, böhranlar, qələbələr və məğlubiyyətlər, böyük dövlətlər arasında qarşıdurmalar... Həyat tərzimizi müəyyən edən və hər birimizə təsir edən bütün bu hadisələr dünyanı qarşıdan gələn 2024-cü ilin daha yaxşı olacağına ümid etməyə məcbur edir. Bizə isə yalnız gözləmək və müharibələrim bitəcəyinə, xəstəliklərin “təslim olacağına”, təbiətin isə daha dəhşətli kataklizmlərlə bizi təəccübləndirməyi dayandıracağına ümid etmək qalır.