• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2071
— 30.12.2023 16:06

Bərdədə 300 min manat dəyərində pirotexniki vasitələr aşkarlanıb

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonda 300 min manat dəyərində piroxtexniki vasitələrin satışını təşkil edən şəxslər müəyyən edilib. Həmin ṣəxslərdən aşkarlanan külli miqdarda pirotexniki vasitələr götürülüb. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.