KepezTV Player
Göygöl rayonunun Yeni Qızılca və Şabran rayonunun Şahnəzərli kəndləri ərazilərində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi müvafiq rayon icra hakimiyyətlərinin nümayəndələrinin iştirakı ilə həyata keçirdiyi tədbirlər nəticəsində qanunsuz tikililəri söküb.
- Baxış: 188