• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1280
— 29.12.2023 16:43

Gəncə polisi gücləndirilmiş iş rejimində işləyir

KepezTV Player

Əhalidən daxil olan bütün çağırışlara dərhal və çevik reaksiya verilməsi tapşırığını alan polis əməkdaşları əhalinin narahatlığına səbəb ola biləcək halların aradan qaldırılması istiqamətində tədbirlər görür. Polis əməkdaşları tərəfindən yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin satışının qarşısının alınması nəzarət-profilaktik tədbirlər də intensivləşdirilib. Təkcə son günlər ərzində şəhər ərazisində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin satışını təşkil etmək istəyən şəxslər saxlanılıb, onlardan ümumilikdə 30 min ədəddən çox müxtəlif növ pirotexniki vasitə götürülüb. Saxlanılan şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Yeni il gecəsini və bayram günlərini şəhər əhalisinin bayram əhval-ruhiyyəsində keçirməsinə mane ola biləcək halların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. Yol polisi və post-patrul xidmətinin naryadları hərəkətin intensiv olacağı küçə və prospektlərdə gücləndirilmiş iş rejimində çalışır. Xidmətin nümunəvi təşkili, baş verə biləcək qanun pozuntularının qarşısının alınması üçün gündüz və gecə saatlarında fasiləsiz iş aparılır.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi və məsuliyyətə cəlb olunması istiqamətində də tədbirlər davam etdirilir. Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları müxtəlif yollarla ölkə ərazisinə, o cümlədən Gəncəyə gətirilən narkotik vasitələri satmaqda və yaymaqda şübhəli bilinən şəxslərə qarşı uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirir. Bayram günlərində bu cür şəxslərin qanunsuz əməllərini həyata keçirmək üçün sui-istifadə cəhdlərinin qarşısının alınması istiqamətində fəaliyyət aparılır.

 Fərid Mehdiyev