• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2210
— 29.12.2023 16:10

Bakı-Ağstafa marşrutu üzrə daha 2 qatar reysi təyin edilib

KepezTV Player

"Azərbaycan Dəmir Yolları" QSC bayram tətili ilə əlaqədar artan sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə daha 2 reys təyin edib. Əlavə qatar reysləri yanvarın 4-də saat 07:50-da Bakıdan Ağstafaya, həmin gün saat 16:30-da Ağstafadan Bakıya həyata keçiriləcək. Bundan başqa, hər gün ənənəvi cədvəl üzrə, 31 dekabr, 1, 2, 3, 4, 5 və 6 yanvar tarixlərində isə əlavə reyslərlə Bakı-Ağstafa-Bakı marşrutunda qatarlar hərəkət edəcək