• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2210
— 29.12.2023 16:07

İl ərzində fərqlənənlər mükafatlandırılıblar

KepezTV Player

Goranboyda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi ilə bağlı tədbir keçirilib. Tədbir “Heydər Əliyev ili” ilə bağlı ağacəkmə kampaniyası ilə start götürüb. Yaşıllaşdırma aksiyasında 100 ədəd ağac əkilib. Eləcə də rəsm və əl işlərindən ibarət sərgi ilə tanışlıq olub. İdmançıların təqdimatında nümunəvi çıxışlar nümayiş etdirilib. “Heydər Əliyev ili” çərçivəsində rayonda gösrlən işlər, keçirilən tədbirlərdən söz açılıb. Ölkədə həyata keçirilən sosial-iqtisadi proqramların Goranboyda da əməli nəticələrinin hiss edildiyi, nailiyyətlərin əldə olunduğuna diqqət çəkilib. Qarşıqa qoyulan vəzifələrin reallaşmasında fəallıq göstərərək fərqlənən bir qrup şəxs Rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərman və Təşəkkürnamələri ilə təltif olunublar. Tədbirdə incəsənət ustalarının ifasında bədii-musiqili proqram nümayiş etdirilib.

Fərid Mehdiyev