• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 685
— 29.12.2023 12:16

Növbəti ildən tibb müəssisələrinə ƏDV güzəşti tətbiq ediləcək

KepezTV Player

Tibb müəssisələri üzrə vergi güzəşti tətbiq ediləcək. Sözügedən güzəşt səhiyyə sahəsi üzrə əməliyyatların şəffaflaşdırılması və vergi yükünün optimallaşdırılması məqsədilə tibb müəssisələrinə və özəl tibbi praktika ilə məşğul olan şəxslərə şamil edilir.
Elvin Maqsudov- Dövlət Vergi Xidmətinin əməkdaşı: "Qanunvericilikdə edilmiş son dəyişikliklərə əsasən, səhiyyə müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizinin 2024-cü il yanvarın 1-dən 3 il müddətinə vergi tutulan ümumi dövriyyədən çıxılması nəzərdə tutulur. Eyni zamanda, dövlət büdcəsinə hesablanarkən ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər gəlir və mənfəət vergisindən azad olunub".