KepezTV Player
İşğaldan azad edilən ərazilərdə 2023-cü ildə “AzərEnerji” ASC tərəfindən 12 yarımstansiya və su elektrik stansiyaları inşa edilərək istismara verilib. Bu ildə azad olunan ərazilərdə “AzərEnerji”nin 9 elektrik stansiyasının tikintisinə başlanılıb. Hazırda həmin 9 stansiya da daxil olmaqla Qarabağ və Şərqi Zəngəzurda 12 yerdə ekoloji cəhətdən təmiz “yaşıl enerji” istehsal edəcək su elektrik stansiyalarının tikintisi davam edir. Onların bir neçəsində işlər tamamlanıb. “AzərEnerji”dən bildirilib ki, bu stansiyaların istismara verilməsi 2024-cü ildə nəzərdə tutulub.
- Baxış: 154