• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 687
— 29.12.2023 09:19

Denqe qızdırmasından ölənlərin sayı 1 700-ə çatıb

KepezTV Player

Banqladeşdə bu il denqe qızdırmasından ölənlərin sayı 1701 nəfərə çatıb. Bu barədə ölkənin Səhiyyə Xidmətləri Baş İdarəsi məlumat yayıb. Son 24 saat ərzində xəstəlik nəticəsində 2 nəfər ölüb, 100-dən çox insan xəstəxanaya yerləşdirilib, denqe xəstələrinin ümumi sayı isə demək olar ki, 870 nəfərdir. Bu il virusa yoluxanların ümumi sayı 320 mini keçib. Virus daşıyan ağcaqanadların aktivliyinin azaldığı qış fəslində xəstəliyin yayılma sürətinin zəifləyəcəyi gözlənilir. Ümumdünya Səhiyyə Təşkilatı Banqladeşdəki denqe qızdırmasını tarixdə ən pis epidemiya adlandırıb.