KepezTV Player
“Azərenerji” işğaldan azad edilmiş ərazilərin daimi və dayanıqlı elektrik enerjisi təchizatı ilə bağlı enerji xəritəsi hazırlayıb. Qarabağ Regional Elektrik Şəbəkəsindən verilən məlumata görə, "Ağdam" qovşaq yarımstansiyası həmin enerji xəritəsinə daxildir. Bu obyekt Ağdam şəhərinin bir hissəsinin, ətraf kəndlərin, yaxınlıqda yerləşən Xocalı rayonunun Əsgəran qəsəbəsinin və digər ərazilərinin, Ağdərə rayonunun enerji təchizatında mühüm rol oynayacaq.
- Baxış: 133