• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 971
— 27.12.2023 12:18

10 yaşlı uşaq kanalda batıb

KepezTV Player

İmişlidə 10 yaşlı uşaq kanalda batıb. Hadisə rayonun Qaragüvəndikli kəndi ərazisində Boz Təpə su kanalında qeydə alınıb. Sakinlərin verdiyi məlumata görə, həmin kəndin sakini, 2013-ci il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlu evlərinin yaxınlığından keçən su kanalının kənarında heyvan otararkən kanala düşüb. Hadisədən sonra azyaşlının axtarışları üçün kanalda suyun səviyyəsi minimuma endirilib. Əraziyə FHN-nin suda xilasetmə qüvvələri cəlb edilib və axtarış aparılır.