KepezTV Player
Saxta aksiz markalarının dövriyyəsi ilə məşğul olan şəxslərin qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Baş Prokurorluq və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən birgə həyata keçirilmiş tədbirlər nəticəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Cəfər Cəfərovun qabaqcadan əlbir olduğu Səxavət Məmmədovla Azərbaycanda istehsalı nəzərdə tutulmuş alkoqollu içkilərin 26 min ədəd saxta aksiz markalarını digər şəxslərə satmasına şübhələr müəyyən edilib. Cəfərov və Məmmədova Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham elan edilməklə barələrində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
- Baxış: 176