• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 997
— 26.12.2023 14:55

Şəhər stadionunun işıq dirəyi ilə bağlı mütəxəssislər dəyərləndirmə aparırlar

KepezTV Player

Dekabrın 23-də Azərbaycan Premyer Liqasının XVIII turunda keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu zamanı aşan Tovuz şəhər stadionunun işıq dirəyi ilə bağlı mütəxəssislər dəyərləndirmə aparırlar. Qərb klubundan vurğulanıb ki, rəhbərlik işıq dirəyinin dəyişdirilməsi prosesinə başlamaq üçün yekun rəyi gözləyir. Matçın 81-ci dəqiqəsində işıq dirəyi aşdığı üçün oyun ertəsi gün davam etdirilib. Tovuzlular matçdan 3:1 hesablı qələbə ilə ayrılıblar.