Yoluxma hadisələrinin və epidemioloji vəziyyətin təhlili göstərir ki, 10 yaşa qədər uşaqlarla yanaşı, 10 yaşından yuxarı və böyüklər arasında da qızılcaya yoluxma halları baş verir. Səhiyyə Nazirliyindən verilən xəbərə görə, belə yoluxma halları əsasən 40 yaşa qədər şəxslər arasında müşahidə edilir. Nazirlik tərəfindən qızılcaya qarşı vaksinasiyadan kənarda qalan 11-40 yaşlı əhali arasında vaksinasiya tədbirlərinin aparılması üçün müvafiq vaksin preparatları ölkəyə idxal edilib. Hazırda immunizasiya tədbirlərinin təşkili üzrə işlər görülür. Səhiyyə Nazirliyi bu yaş qrupundan olan şəxslərin qızılca infeksiyasına qarşı peyvənd olunmasını vacib hesab edir. Yoluxmadan müdafiə üçün 1 dəfə vaksinasiya olunması kifayət edir.
- Baxış: 156