• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1321
— 22.12.2023 10:13

Dəbli görünmək

Gözəl və baxımlı görünmək hər birimizin arzusudur. Ancaq bəzən həm fəsil, həm də dəb dəyişkənliyini nəzərə alsaq seçim arasında qala bilirik. Fəsilə uğun necə qeyinməliyik ki, dəbdən də qeri qalmayaq. Bu haqda stilistimiz bizi məlumatlandıracaq.

Ofelya Mustafayeva- stilist: “Dolu qadınlarımız daha parıltılı modellerə üstünlük verməsin, sadə modellər, daha çox kiçik bir hissədə detalları olan modellərə üstünlük versinlər. Qış mövsümündə daha çox tünd tonlardan istifadə edirlər, qəhvəyi, nud və yaşılın açıq və tünd tonları olur”.

Moda elə bir aləmdir ki, insanı zövqlü, yaxud zövqsüz göstərə bilər. Dəbli geyim hər  zaman  insanda müsbət enerji, xoş hisslər yaradır. Dəyişiklikləri oxuyan və onları şəxsi zövqə və üsluba uyğunlaşdıran insanlar gözəl görünmək üçün külli miqdarda pul xərcləməyə ehtiyac duymurlar. Siz də bədəninizi  tanıyaraq, özünüzə yaraşan şəkildə geyinməklə mükəmməl gözəlliyə, qamətə və şık obraza sahib ola bilərsiniz. Öz bədən quruluşunuza uyğun olmayan geyimlər seçməklə, qüsurlarınız daha qabarıq və eybəcər formada üzə çıxarmış olacaqsınız.

Saç düzümü, ətir, bəzək əşyaları, makiyaj və s. özlüyündə estetik kateqoriyaları birləşdirərək, modanın bir parçası hesab olunur.

Geyim seçərkən diqqət yetirməli olduğunuz önəmli məqamlardan biri də material seçimidir. Alt və üst hissədə geyinmiş olduğunuz paltarların materialı bir-birini tamamilə tamamlamalıdır. Gündəlik geyimlərdə ən çox istifadə olunan geyim növlərindən biri olan donların da bədəninizə uyğun olaraq doğru seçilməsi çox vacibdir. Kilolu  xanımsınızsa, o zaman  uzun, beli kəmərli, qüsurları gizlədəcək geyimlər və akssesuarlar  gözəl seçim ola bilər. Unutmayın ki, sizi gözəl, dəbli və şık göstərən yalnız  bahalı deyil, eyni zamanda düzgün seçilmiş, zövqlü geyimlərdir.

Günay Əsgərova