• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1295
— 23.12.2023 19:51

Qərbi azərbaycanlıların siyahıyaalınması

KepezTV Player

 "Qərbi Azərbaycandan olan soydaşlarımızın siyahıya alınma prosesi artıq yekunlaşıb". Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli jurnalistlərə açıqlamasında belə deyib. Bildirib ki, 250 mindən çox şəxsin adı olan siyahı təqdim edilib. Yaxın zamanda bununla bağlı ictimaiyyətə daha geniş məlumat veriləcək. Əziz Ələkbərli onu da vurğulayıb ki, bu il ərzində Qərbi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə xeyli dərəcədə çatdırmağa nail olunub. Bu istiqamətdə işlər davam etdiriləcək. 

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli : Qərbi azərbaycan icmasının nizamnaməsinə əsasən bizim xarici ölkələrin demək olar ki əksəriyyətində nümayəndəliklərimizin yaradılması ofislərimizin açılması nəzərdə tutulubdu şübhəsiz ki biz bu il ərzindəki xarici səfərlərimizdə xarici ölkələrdə kifayət qədər çox sayda qərbi azərbaycan əsilli insanların yaşadığının şahidi olduq