• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1031
— 23.12.2023 16:25

Avroliqada qrup mərhələsinin ən yaxşı qolu müəyyənləşib

UEFA Avropa Liqasında qrup mərhələsinin ən yaxşı qolu müəyyənləşib. Yunanıstanın AEK klubunun futbolçusu Cibril Sidibenin İngiltərə təmsilçisi “Brayton”la görüşdə başla vurduğu qol ən yaxşı seçilib. Fransalı müdafiəçinin zərbəsi azarkeşlər arasında aparılan səsvermədə hamıdan çox səs toplayıb. Qrup mərhələsində “Qarabağ”la qarşılaşmada vurduğu qolla namizədlər sırasına düşən Almaniyanın “Bayer 04” klubunun hücumçusu Viktor Bonifeys 7-ci yerə layiq görülüb.