• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1906
— 23.12.2023 16:15

“Gəncə” rusiyalı voleybolçu ilə yollarını ayırıb

KepezTV Player

Qadın voleybolçulardan ibarət “Gəncə” klubu rusiyalı Anna Balberova ilə yollarını ayırıb. 26 yaşlı voleybolçu ilə müqaviləyə qarşılıqlı razılıqla xitam verilib. Buna səbəb onun məşqçilər korpusunun etimadını doğrultmaması göstərilib. Anna Balberova mövsümün əvvəlində Rusiyanın “Derjava” klubundan transfer olunub. “Gəncə” Azərbaycan çempionatında 7 turdan sonra 9 xalla 4-cü pillədə qərarlaşıb.