KepezTV Player
İşğaldan azad edilmiş ərazilərdə görülən işlər “Böyük Qayıdışa dair I Dövlət Proqramı” əsasında həyata keçirilir. Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib. Bu ilin sonunda proqram çərçivəsində ümumilikdə 100 yaşayış məntəqəsinin planlaşdırılması və yenidən qurulması nəzərdə tutulur. Bunlardan 9-u şəhər, 91- i isə əsasən qəsəbə və kəndləri əhatə edir. "Çox güman ki, 2024-cü ilin sonuna planlaşdırma işləri tam yekunlaşacaq. Birinci proqram çərçivəsində 140 minə yaxın insanın köçməsi nəzərdə tutulubsa, artıq növbəti illərdə daha çox insan evlərinə qayıda biləcək.”, - deyə Anar Quliyev vurğulayıb.
- Baxış: 140