Fövqəladə Hallar Nazirliyinə Bakıda, Bulvar ərazisində dənizdə gəzinti qayığının çevrilməsi və içərisindəki şəxslərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb edilib. Qayığın alt hissəsinin zədələnməsi və gövdəsinə su dolması nəticəsində 3-ü ekipaj üzvü, 3-ü sərnişin olmaqla 6 vətəndaşın təhlükəli vəziyyətdə qalması məlum olub. Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ilə birgə həyata keçirilən əməliyyat nəticəsində vətəndaşlar xilas ediliblər.
Pərvanə İmanova - Dövlət Dəniz və Liman Agentliyinin sözcüsü: Bu gün saat 11:10 radələrində Yaxta klubdan gəzinti məqsədilə dənizə çıxan TEXNİKİ gəmisi MANEƏ ilə üzləşib və nəticədə qəza baş verib. həmin an gəmidə 3 heyət üzvü və 3 nəfər sərnişin olub."Dərhal DDLA GHİM-nin operatorları FHN və Sahil Mühafizə Xidmətinə məlumat verib. Gəmidə olan şəxslər xilas olunub. Heç bir tələfat yoxdur. ", - deyə qurum rəsmisi qeyd edib.)) *** Kliniki Tibbi Mərkəzdən bildirilib ki, gəzinti qayığından xilas edilənlərin vəziyyətləri stabildir, gün ərzində evə buraxılacaqlar. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
- Baxış: 255