KepezTV Player
Gəncədə mülki müdafiə işinin təşkili və vəziyyəti barədə hesabat dinlənilib. Cari il ərzində şəhər ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların mülki müdafiə sahəsində fəaliyyətləri müzakirə edilib. Metodiki toplantıda 2023-cü ilin Mülki Müdafiə Tədbirlər planına əsasən görülən işlərdən danışılıb. Çıxışlarda fövqəladə hadisələrin qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması məqsədilə keçirilən təlimlərin əhəmiyyətinə toxunulub. Gəncədə fəaliyyət göstərən yerli özünüidarəetmə orqanları, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlara aidiyyəti üzrə tövsiyə və tapşırıqlar verildiyi vurğulanıb.
- Baxış: 148