Artıq çəki günümüzün ən böyük problemlərindən biri olmağa davam edir. Müxtəlif xəstəliklər də həmçinin artıq çəkiyə gətirib çıxara bilər. Amma ən əsas faktor qidalanma ilə bağlıdır.
Rüxsarə Quliyeva- Endokrinoloq: “Piylənmə xroniki xəstəlikdir. Qida qəbulu və onun orqanizmə yığılan enerjinin parçalanması arasında yaranan disbalans nəticəsində əmələ gəlir”.
Surə Əliyeva- artıq çəkidən əziyyət çəkən şəxs: “Mən, artıq çəkidən əziyyət çəkirəm, pilləkənləri çıxıb-düşəndə tənginəfəs oluram və çox yol gedəndə özümü narahat hiss edirəm”.
Vasif İbrahimov - artıq çəkidən əziyyət çəkən şəxs: “Mən, artıq çəkidən əziyyət çəkirəm, ayaqlarım işləmir”.
Aclıq dərmandır, xəstəlik isə üst-üstə yeməkdir. Gəlin, nəfsimizə hakim olaq ki, sağlamlığımız daim olsun.
Leyla Əliyeva
- Baxış: 242