• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 756
— 18.12.2023 15:31

3 yaşlı uşaq qızılcadan ölüb

KepezTV Player

Lənkəranda qızılca xəstəliyindən ilk ölüm halı qeydə alınıb. Rayonun Şirinsu qəsəbə sakini - 2020-ci il təvəllüdlü Uğur Elvin oğlu Abızadədə bir həftə əvvəl yüksək hərarət müşahidə olunub. O, ev şəraitində müalicə alıb. Lakin ötən gündən uşaqda yenidən hərarət yaranıb. Təcili tibbi yardım xidmətinə müraciət olunub. İlk tibbi yardımdan sonra uşağın xəstəxanada müəlicə olunmasının zəruriliyi valideynlərin diqqətinə çatdırılıb. Ailə üzvləri razılaşmayıb. Bir müddət sonra yenidən halı pisləşən azyaşlı yaxınları tərəfindən tibb müəssisəsinə gətirilib. Lakin göstərilən yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Ailənin digər 4 yaşlı övladı Yunus Elvin oğlu Abızadə də hərarət müşahidə olunduğundan Bakıya xəstəxanaların birinə göndərilib.