• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1172
— 18.12.2023 11:49

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq

KepezTV Player

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq. Tədbir Bakı vaxtı ilə saat 15-də başlayacaq. Bu raundda eyni ölkənin təmsilçiləri və qrup mərhələsində üz-üzə gələn komandalar bir-birilərinə rəqib olmayacaqlar. Qruplarda birinci yeri tutan komandalar səpələnmişlər, ikinci yerin sahibləri isə səpələnməmişlər hesab edilir. 1/8 final mərhələsinin ilk oyunları 13, 14, 20, 21 fevralda, cavab matçları 5, 6, 12, 13 martda olacaq. ***Bu gün İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 17-də UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü də atılacaq.  Qrup mərhələsində 2-ci yeri tutan komandalar UEFA Avropa Liqasında qrup üçüncülərinə rəqib olacaqlar. Pley-off mərhələsinin oyunları 2024-cü il fevralın 15-i və 22-də keçiriləcək.