Azərbaycan Texnologiya Universitetində “Biz Qərbi Azərbaycana mütləq qayıdacağıq!” mövzusunda elmi-praktiki seminar keçirilib. Qərbi Azərbaycan İcmasının Gəncə nümayəndəliyi və universitetin müəllim kollektivinin iştirak etdiyi seminarda Qərbi azərbaycanlılar arasında qayıdış hüququnun təşviqi və onların adət-ənənələrinin, folklorunun, mədəni dəyərlərinin təbliği istiqamətində söhbətlər aparılıb. Qərbi Azərbaycan İcması, soydaşlarımızın hüquqlarını müdafiə edən leqal təmsilçi kimi onların öz yurd-yuvalarına qayıtmaları istiqamətində beynəlxalq miqyasda uğurlu fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. Eyni zamanda Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaq üçün mühüm işlərə başlanıldığı vurğulanıb.
Mübariz Yusifov- Qərbi Azərbaycan İcmasının Gəncə üzrə nümayəndəsi: “Bu gün ayrı-ayrı müəssisələrdə, orta məktəblərdə, ali məktəblərdə bu işlə bağlı tədbirlər keçirilir. Öz müşahidələrimdən görürəm ki, xüsusən gənclər bu işlərlə bağlı olduqca maraqlıdırlar və Qərbi Azərbaycana qayıdış konsepsiyası mən deyərdim ki, bunların hamısının qəlbindəndir, ürəyindəndir”.
Pərvin Abbaszadə
- Baxış: 166