Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının ilk dəfə olaraq Gəncədə filialı yaradılıb. 500-ə yaxın gənc pedaqoqu öz ətrafında birləşdirən assosiasiya müəllimlərin inkişafını təmin etmək və onlara töhfələr vermək məqsədi daşıyır. 1 nömrəli orta məktəbdə fəaliyyət göstərəcək filiala müəllimlər hazırladıqları təkliflərlə, metodiki cəhətdən dəstək göstərmək, təkmilləşmə ilə bağlı müraciət edə bilərlər. Metokabinetik bacarıqları, interaktiv sinif mühitinin yaradılması yolları burada onlara izah ediləcək. Sertifkasiya imtahanlarına hazırlıq, idarəçilik qabiliyyətinin artırılması, layihələrin yazılması da filialla əməkdaşlıq çərçivəsində mümkün olacaq. Gələn ildən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Gəncə filialı Göygöl, Daşkəsən, Samux, Naftalan və Goranboydan olan pedaqoqlarla da əməkdaşlığa başlayacaq.
Günel Süleymanlı- müəllimə: “Belə bir təklifim olardı ki, gənc müəllimlər arasında “Python” proqramlaşdırma dili ilə bağlı təlimlər təşkil olunsun. Bu təlimlərdə bir çox yeniliklərdən tanış olaq”.
Səltənət Quluyeva- AGMA-nın Gəncə filialının rəhbəri: “Heç bir regionda hazırda bu fəaliyyət yoxdur. İlk dəfə Gəncə-Daşkəsən regional təhsil idarəsində baş tutdu. İnanırıq ki, bizim fəaliyyətimiz regionlar, digər gənc müəllimlər üçün də örnək olacaqdır”.
Vüsalə Cənnətova
- Baxış: 163