• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1763
— 16.12.2023 12:02

Azərbaycandan qanunsuz yollarla Avropa ölkələrinə getmək istəyən 11 nəfər saxlanılıb

KepezTV Player

Bakı şəhərində müxtəlif ünvanlarda Azərbaycanda olma və ya yaşama hüququ verən sənədləri olmayan əncəbilərə qarşı Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti əməkdaşları tərəfindən birgə tədbirlər keçirilib. Müxtəlif Asiya ölkələrinin vətəndaşı olan ümumilikdə 11 nəfər qeyd edilən qanun pozuntusuna yol verdiyi üçün saxlanılıb. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən məsuliyyət tədbirləri görülüb. Araşdırma zamanı həmin əcnəbilərin öz həmvətənləri tərəfindən pul müqabilində guya ölkəmizdən tranzit kimi istifadə olunmaqla qeyri-leqal yollarla Avropa ölkələrinə keçidinin təmin ediləcəyi vədi ilə dələduzluğa məruz qalmaları müəyyən edilib. Qanunsuz miqrasiyanın təşkilinə dair aşkar edilən hallarla bağlı araşdırmalar davam etdirilir.