• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 847
— 15.12.2023 17:04

Aqrar sığorta fermerlər üçün daha yaxın oldu

KepezTV Player

 Aqrar Sığorta Fondunun növbəti filialı Şəmkirdə açılıb. Filial fermerlərə müstəqil ekspertlərlə daha sıx və operativ əməkdaşlıq etmək imkanı yaradacaq. Açılış mərasimində çıxış edənlər fondun bölgələrdə fəaliyyət göstərməsini fermerlərə aqrar sığorta xidmətini daha əlçatan etmək, təsərrüfatlarda yaranan risklərə çevik reaksiya vermək kimi dəyərləndiriblər. Fondla əməkdaşlıq edən sığorta şirkətlərinin təmsilçiləri, yerli fermerlər filialın açılışını risklərin azaldılmasına, təsərrüfatlarını sığortalayanların sayının daha da artmasına xidmət edəcəyinə diqqət çəkiblər.