Yeni Azərbaycan Partiyası İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb. Bu barədə qərar Partiyanın İdarə Heyətinin bugünkü genişləndirilən iclasında qəbul edilib. Daha sonra Partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və sədr müavini Əli Əhmədov, partiyanın növbədənkənar Prezident seçkisindəki səlahiyyətli nümayəndələri təyin edilib. Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunub. Partiyanın Seçki Qərargahının yaradılması barədə qərar da səsverməyə çıxarılaraq təsdiqlənib. Qeyd edək ki, 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.
Tahir Budaqov- YAP sədrinin müavini: “Ulu öndər Heydər Əliyevin yaratdığı güclü təməllər üzərində cənab prezident müasir, müstəqil, suveren Azərbaycanın, yeni Azərbaycanı qurmuşdur və bu zəfər yürüşünün davamı artıq düşünürəm, bu seçkilərdən əhəmiyyətli dərəcədə asılıdır”.
Əli Əhmədov- YAP sədrinin müavini: “Prezident İlham Əliyev bundan əvvəlki prezident seçkilərində namizəd kimi onun irəli sürülməsi prezidentin İlham Əliyevin tarixi nailiyyətlərinin və xidmətlərinin ona verdiyi tam haqlı mənəvi hüququ olmuşdur. Bu il də növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi onun əzəmətli xidmətlərindən irəli gələn mənəvi haqqı və halal hüququdur. 20-ci ilin möhtəşəm qələbəsindən sonra bütün Azərbaycan xalqının İlham Əliyevə dərin hörmət, etibar və etimadının ən yüksək təzahürü kimi dərk edilməli və qiymətləndirilməlidir”.
Azad Mustafayev
- Baxış: 139