"Bir neçə gün bundan əvvəl ölkəmiz növbəti böyük uğura imza atıb, COP29 beynəlxalq konfrans Azərbaycanda, Bakıda keçiriləcək". Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar keçirilən müşavirədə deyib. Dövlət başçısı bildirib ki, qərarı bütün dünya ölkələri qəbul edib və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilib.
"Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar"
Prezident İlham Əliyev vurğulayıb ki, antiterror əməliyyatından sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürüblər. Bu ittihamların heç bir əsası yoxdur. "Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin edib.
- Baxış: 111