• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1419
— 14.12.2023 19:45

“Azərbaycanda kənd təsərrüfatının innovativ yollarla inkişafı və ekoloji problemlər” mövzusunda elmi konfrans

KepezTV Player

Quba şəhərində yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanda kənd təsərrüfatının innovativ yollarla inkişafı və ekoloji problemlər” mövzusunda elmi konfrans keçirilib. Konfransda ölkəmizdə fəaliyyət göstərən müxtəlif elmi tədqiqat institutlarının əməkdaşları iştirak ediblər.

Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin (MAKA) Ekologiya İnstitutu, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanda kənd təsərrüfatının innovativ yollarla inkişafı və ekoloji problemlər” mövsuzunda elmi konfrans keçirilib. Konfransda öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevi tərənnüm edən video-çarx təqdim edilib. Konfransda Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Ekologiya İnstitutunun direktoru Bəhram Əliyev, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qaraqurbanlı çıxış edib. Məruzəçilər Ulu Öndər Heydər Əliyevin ölkəmizdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sisteminin qurulması və inkişafında müstəsna xidmətlərindən danışıblar.

Konfransda “İqlim dəyişmələri və kənd təsərrüfatında innovativ həllərə əsaslanan texnologiyalar”, “Kənd təsərrüfatında sudan səmərəli və dayanıqlı istifadə üçün innovativ həllər” mövzularında panel müzakirələri keçirilib. Panel müzakirələrində iştirak edən konfrans iştirakçıları “Hava çirklənməsinin biomonitorinqi”, “Bitki toxuma kulturası texnologiyasında nanomaterialların tətbiqi”, “Nanotexnologiyanın mikroelektronikada tətbiqi”, “Müxtəlif nanohissəciklərin meyvə ağaclarının məhsuldarlığına təsiri” və s. kimi mövzularda çıxışlar ediblər. Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

salə Cənnətova