• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 767
— 14.12.2023 19:34

Təhsil tələbə kreditlərinin verilməsində yeniliklər

KepezTV Player

Təhsil tələbə krediti fondunun yaradılmasının əsas məqsədi aztəminatlı ailələrdə olan tələbələrin təhsilə əlçatanlığını təmin etmək, təhsilin əhatə dairəsini genişləndirmək və təhsilalmaqda bərabər imkanlar yaratmaqdır. Bu günə qədər 35 min 846 tələbə təhsil krediti almaq üçün fonda müraciət edib. Onlardan 26 min 530 nəfərə bu imkan verilib.

Manaf Kazımov- tələbə: “Biznesin idarəedilmə ixtisasında üçüncü kurs tələbəsiyəm. 1-ci kursdan götürmüşəm yəni, müraciət etmişəm. Ailə üzvlərim işsiz olduğu üçün bu sosialdan götürdüm, müraciət elədim və müraciətim təsdiq olundu, ödənişim də univerisitet tərəfindən ödənildi. Ödənişi də 2% ilə qaytaracam. Bu cür təşkilatın alınması biz tələbələr üçün -yəni ödənişli tələbələr üçün yaranması çox yaxşıdır, şərtləri də qane edir”.

Ziyad Əliyev- tələbə: “Mən İqtisadiyyat fakültəsinin 3-cü kurs tələbəsiyəm. Və mən bu standart təhsil tələbə kreditindən faydalanmışam. Standart tələbə kreditinin faiz dərəcəsi 6 fazidir. Bu da mənim üçün qənaətbəxşdir. Və bunu da universiteti bitirdikdən sonra vaxt verilir, bu vaxt ərzində qaytarmağı fikirləşirəm”.

Məlum olduğu kimi tələbə Təhsil Tələbə Kredit Fondunun standart paketindən istifadə edərkən 20% ödəniş etməli idi. Dəyişiklikdən sonra bu ödəniş ləğv ediləcək.

Tehranağa Abdullayev- Təhsil Tələbə Krediti Fondunun şöbə müdiri: “Fondun şurasının sonuncu iclasında bir neçə məsələlərə baxılmışdır. O cümlədən, fonda daxil olan təkliflər arasında ən çox standart təhsil tələbə krediti almaq üçün tələb olunan illik təhsil haqqının 20 faizi ödənişinin qaydalardan çıxarılması tələbi təklif olunmuşdu. Bu təkliflə fondun şurası öz növbəsində bu tələbin qaydalardan çıxarılması ilə bağlı qərar qəbul etmişdir”.

Dəyişiklik standart tələbə kerditi üçün müraciət etmək istəyən tələbələrin üzünü güldürüb.

Siracəddin Ağayev- tələbə: “Mən bu il Turizm işinin təşkili ixtisasına ödənişli olaraq qəbul olmuşam. Buna görə kreditə müraciət etmək istəyirəm. Əvvəlcədən bizə deyilmişdi ki, 20 faizini biz ödəməliyik. Lakin məlumat aldıq ki, bütün təhsil haqqımızı fond ödəyəcək. Bu, əlverişli oldu”.

Ruhin Hümbətov- tələbə: “Bu il dizayn ixtisasına qəbul olmuşam. Və tələbə kreditinə müraciət etmək istəyirəm. Yeni qərar öyrəndim. Ödənişimizin hamısını fond ödəyir. Əvvəllər ödəməli idik, bu, bizim üçün çox yaxşı oldu”.

Fonddan bildirilib ki, həmçinin startaplarda iştirak edən tələbələrin kredit borcunun bağlanması da nəzərdə tutulur. Bundan başqa tələbələrin kirayə və nəqliyyat pulunun bir hissəsinin də ödənməsi üçün müəyyən addımların atılacağı planlaşdırılır.

Aişə Rzayeva