• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 914
— 14.12.2023 19:29

İntibah ədəbiyyatında təkrarlanan obrazların simulyasiyası

KepezTV Player

“İntibah ədəbiyyatında təkrarlanan obrazların simulyasiyası” layihəsi. Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində bu adla reallaşan tədbir “Azərbaycan ədəbiyyatında İntibah” seçmə fənni çərçivəsində baş tutub. Tədbirdə Nizami Gəncəvinin nəsil şəcərəsi, onun yaradıcılığında türkçülük və azərbaycançılıq, Nizami Gəncəvi və Azərbaycan Renessansı və sair kimi mövzulardan geniş bəhs edilib.  Nizaminin təkcə şair deyil, böyük filosof kimi dünya mədəniyyətinə və elminə töhfələr vermiş mütəfəkkir olduğu vuğulanıb. Onun bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açan nadir şəxsiyyətlərdən olduğu qeyd edilib. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsinin əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxladığına diqqət çəkilib. Tədbirdə ilk dəfə olaraq Nizamidə intibah, Firdovsidə intibah, Nəvaidə intibah kimi obrazların tələbələr tərəfindən simulyasiya yolu ilə təqdimatı keçirilib. Tədbirin yekununda layihədə fəal iştirak edən universitet tələbələri təşəkkürnamələrlə təltifləndiriliblər.

Afaq Yusifli- GDU-nun Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti: “İlk dəfə olaraq yeni tədris üsulları çərçivəsində tövsiyə olunan simulyasiyadan istifadə edərək əsrlər boyu yaradılan ədəbi obrazları müqayisə etdik. Bu ədəbi obrazlar Azərbaycan intibah ədəbiyyatının ən əsas əsərləri sırasındadır və biz Şirin obrazlarını, Leyli obrazlarını, Məcnun obrazlarını və əslində heç bir sələfi olmayan Əfrasiyab, Afaq obrazlarını müqayisəyə cəlb etdik. Tələbələrin həm Azərbaycan ədəbiyyatında intibah mövzusu ilə daha yaxından tanış olması üçün onları tədqiqatçılıq üsuluna cəlb etdik və belə güman edirəm ki, ilk dəfə olaraq simulyasiya ilə təqdimat üsulundan GDU filologiya fakültəsində istifadə edilmişdir”.

Pərvin Abbaszadə