Gəncədə tələbə və magistrlər üçün Dövlət İmtahan Mərkəzinin nümayəndələri tərəfindən "Dövlət orqanlarında inzibati vəzifələrin tutulması şərtləri və qaydaları" adlı təlim keçirilib. Gənclərə dövlət qulluğuna qəbul qaydaları, test imtahanı, müsahibə mərhələsi və dövlət qulluğunda vəzifədə irəliləməyin yolları izah edilib. Gəncədən sonra mingəçevirli gənclər üçün də analoji təlimin keçirilməsi nəzərdə tutulur. İştirakçılara DİM tərəfindən hazırlanan bukletlər də paylanılıb.
Elnur Abbasov- DİM-in sektor müdiri: “Bu görüşlərin əhəmiyyəti olur. Çünki gənclərimizin dövlət qulluğuna olan marağı artır. Bunu statistik nəticələrdən də görürük. Həm test imtahanında iştirak edən, həmçinin müsahibələrdə iştirak edən tələbələrin sayı artır. Bu da onların karyera inkişafı üçün əsas göstəricidir”.
Ləman Rəfiyeva- iştirakçı: “Mən özüm də gələcəkdə dövlət qulluqçusu kimi iştirak etmək istəyərəm. Bu, mənim gələcəkdəki arzularımdan biridir”.
Məhəmməd Baxışlı- iştirakçı: “Mənim məqsədlərimdən biri dövlət qulluğunda xidmət göstərməkdir. Qeyd eləmək istəyirəm ki, mən əslən Şuşalıyam və qarşımda qoyduğum məqsədlərimdən biri də məhz öz torpaqlarımızda dövlətə xidmət göstərməkdir”.
Elnur Rzayev
- Baxış: 136